Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Şurası Rusiya və Belarus yığmalarına qurumun himayəsi altında keçirilən şahmat turnirlərində iştirakına qadağa qoyub.

Offsideplus.az xəbər verir ki,  Rusiya və Belarus qrossmeysterlərinin qurumun fərdi turnirlərində neytral statusda - milli simvollar olmadan iştirak edə bilərlər.

Qeyd edək ki, FIFA da daxil olmaqla əksər idman təşkilatları Ukraynadakı hərbi gərginliklə əlaqədar Rusiya və Belarus komandalarına sanksiyalar tətbiq edib.