Bakıda Azərbaycanın məşhur şahmatçısı, Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalqsuperturnir start götürüb.

Offsideplus.az xəbər verir ki, turnirdə 8 qrossmeyster qüvvəsini sınayır.

İlk turda həmyerlilərimizdən Şəhriyar Məmmədyarov və Rauf Məmmədov görüşlərini qalibiyyətlə başa vurublar. Rauf ilk turda eks dünya çempionu hindistanlı Vishvanatan Anand üzərində parlaq qələbə qazanıb.

Vüqar Həşimov Memorialı

I tur

David Navara (Çexiya) - Şəhriyar Məmmədyarov

Sergey Karyakin (Rusiya) - Riçard Rapport (Macarıstan)

Vişvanatan Anand (Hindistan) - Rauf Məmmədov

Fabiano Karuana (ABŞ) - Vüqar Əsədli

Qeyd edək ki, Vüqar Həşimov Memorialına dekabrın 24-də yekun vurulacaq.