Şahmat üzrə "Vüqar Həşimov" klubu sentyabrda Şimali Makedoniyada keçiriləcək 36-cı Avropa Kubokunda iştirak edəcək.

Offsideplus.az-ın məlumata görə, klubunun heyətində Avropa çempionu Rauf Məmmədov, Kiril Şevçenko, Vüqar Əsədli, yeniyetmələrin dünya birinciliyinin qalibi, Ümumdünya Şahmat Olimpiadasının qızıl medalçıları Aydın Süleymamlı və Əhməd Əhmədzadə, eləcə də Ülvi Sadıqov və Murad İbrahimli yer alacaq.

Komandanın kapitanı FIDE məşqçisi, əməkdar məşqçi Anar Allahverdiyev olacaq.

Qeyd edək ki, Avropa Kuboku 17-25 sentyabrda Şimali Makedoniyanın Ştruqa şəhərində təşkil olunacaq. 2020-ci ildəki yarış pandemiya səbəbindən keçirilməyib.