Naxçıvan şəhərində keçirilən şahmat üzrə kişilər arasında Azərbaycan Çempionatında bu gün final qarşılaşması baş tutacaq.

Offsideplus.az Chess.az-a istinadən xəbər verir ki, final matçında yarımfinalda Nicat Məmmədovu 2:0 hesabı ilə məğlub edən Vasif Durabəyli ilə, tay-brekdə Eltac Səfərlinin mübarizədən kənarlaşdıran Nicat Abbasov üz üzə gələcəklər. Yarımfinalda məğlub olan Nicat Məmmədov və Eltac Səfərli ölkə birinciliyinin bürünc medalları uğrunda qarşılaşacaq.

Qeyd edək ki, final matçının ilk partiyası bu gün Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.