İnter-in hücumçusu Mauro İkardi gələcəyi barədə qərarını verib.

Offsideplus.az xəbər verir ki, komandanın kapitanı olan İkardi Avropanın top klublarından gələn təkliflərə rəğmən İnter-də qalmaq istədiyini bildirib. Argentinalı bombardiri Barcelona, Real Madrid, Chelsea və Manchester United kimi klublar transfer etmək istəyirdi. Xatırladaq ki, İkardi bu mövsüm çıxış etdiyi 11 oyunda 8 qol vurub.