İtaliya mətbuatının məlumatına görə, "Yuventus"da baş məşqçi dəyişikliyi gündəmdədir.
Offsideplus.az xəbər verir ki, İqor Tudorun gələcəyi qeyri-müəyyən olaraq qalarkən, Luçiano Spalletti, Roberto Mançini və Raffaele Palladino "Yuventus"un yeni baş məşqçi namizədləri sırasında önə çıxır.
Spalletti Turin klubunda işləməyə müsbət yanaşır, lakin maaş məsələsi problem yarada bilər — çünki klub hələ də Tiago Motta və Tudorla müqavilə öhdəliklərinə malikdir.
Mancini hər nə qədər "Yuventus" azarkeşi olsa da, keçmiş səbəblərinə görə klub daxilində çox da sevilmir.
Palladino isə texniki direktor François Modestonun favoriti sayılır — onun maliyyə tələbləri azdır və vəzifəni dərhal qəbul etməyə hazırdır.
Klub rəhbərliyi İqor Tudoru vəzifəsindən uzaqlaşdırıb, komandaya yenidən Tiago Mottanı gətirmək variantını nəzərdən keçirir.
Mənbələrin bildirdiyinə görə, klub hələ də Mottaya maaş ödədiyi üçün bu addım maliyyə baxımından əlavə xərc tələb etməyəcək, bu səbəbdən də onun qayıdışı real ehtimallar arasında göstərilir.
Hazırda məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Bundan əlavə, 7 noyabrda baş icraçı direktor (CEO) vəzifəsinə gətirilməsi gözlənilən Damien Komollinin klubda böyük təsir gücünə malik olacağı və gözlənilməz bir addım ata biləcəyi bildirilir.
Bu arada Tudor səssiz şəkildə Madrida yola düşüb — yaxın bir neçə gün ərzində vəziyyət dəyişməsə, "Yuventus"da ciddi dönüş nöqtəsi yaşana bilər.



