"Real Madrid"in sabiq müdafiəçisi Raul Albiolun yeni klubu məlum olub.
Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu yenidən İtaliyaya qayıdıb. O, bundan sonra "Piza" klubunda çıxış edəcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
R. Albiol daha öncə 6 mövsüm "Napoli"nin formasını geyinib. O, həmçinin vətənində "Valensiya", "Real Madrid" və "Vilyarreal"da da top qovub.
Qeyd edək ki, 2 gün sonra onun 40 yaşı tamam olacaq.



