Serbiyalı futbolçu Nemanya Matiç yenidən İtaliya A Seriyasında çıxış edəcək.
Offsideplus.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi "Sassuolo"ya transfer olacaq. O, "Lion"u tərk etdikdən sonra "yaşıl-qaralar"la razılığa gəlib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Matiç daha öncə bir mövsüm "Roma"nın da formasını geyinib. O, həmçinin "Benfika", "Çelsi" və "Mançester Yunayted" kimi klublarda da çıxış edib.



