PSG klubunun ulduz futbolçusu Edinson Kavani Napoli-yə qayıda bilər. 

Offsideplus.az xəbər verir ki, klubun nümayəndələri uruqvaylı hücumçu ilə ilk görüşünü də keçirib. Danışıqların uğurlu alındığı bildirilir. 31 yaşlı hücumçunun ailəsi hələ də Neapolda yaşayır. Bu səbəbdən futbolçu İtaliyaya qayıtmaq istəyir.

Qeyd edək ki, Kavani 2010-2013-cü illərdə Napoli-də forma geyinib.