Napoli-nin baş məşqçisi Karlo Ançelotti İtaliya futbolundakı problemlərdən danışıb.

Offsideplus.az “Football İtalia” nəşrinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis əsas çatışmazlığın azarkeşlərin stadionlara gəlməməsi ilə bağlı olduğunu bildirib:

“İtaliyada böyük istedadlar yoxdur, amma yaxşı gələcək vəd edən futbolçular var. Bu mənada hansısa problem olduğunu düşünmürəm. Bizim problemimiz stadionlardadır, insanlar futbola gəlmirlər. Digər Avropa ölkələrində isə fərqlidir: insanlar vaxtlarını stadionda keçirməyə hazırdırlar. Çünki həmin arenalarda restoranlar və əyləncə məkanları var ki, orada ailənlə yaxşı gün keçirmək mümkündür”.

İtaliya derbilərindən də söz açan Ançelotti bu cür oyunlarda təhqirlərə çox yol verildiyini söyləyib: “İtaliyada derbilər zamanı təhqir və kobudluq çox olur. Real və Barcelona da prinsipial rəqiblərdir, amma onlar xətti keçmirlər. Bundan xilas olmalı, stadionları ailələr üçün rahat məkanlara çevirməliyik”. (qol.az)