"İnter" baş məşqçi postuna Sesk Fabreqası gətirmək istəyir.
Offsideplus.az xəbər verir ki, "neradzuri" ispaniyalı mütəxəssislə danışıqlara başlmaq üçün "Komo"dan icazə istəyib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Fabreqas çalışdırdığı "Komo" cari mövsüm yeni yüksəldiyi A Seriyasında 49 xalla 10-cu yeri tutub.
Qeyd edək ki, "İnter" dünən Simone İnzaqi ilə rəsmən yollarını ayırıb.