Luka Modriç "Milan"a keçməyin bir addımlığındadır.
Offsideplus.az xəbər verir ki, xorvatiyalı futbolçu "qırmızı-qaralar"a keçməyə razılıq verib. O, İtaliya nəhəngi ilə 1 illik müqavilə imzalayacaq.
Bu barədə "Repubblica" məlumat yayıb.
Modriç 13 illik "Real Madrid" karyerasının ardından bu yay komandadan ayrılacaq. O, sonuncu dəfə Madrid klubunun formasını Klublararası Dünya Çempionatında geyinəcək.