"Milan"ın futbolçusu Teo Hernandes karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, "Əl-Hilal" fransalı futbolçuya illik 18 milyon avro məvacib təklif edib.
Onlar "Milan"la artıq razılığa gəlib. "Rossoneri" bu keçiddən 35 milyon avro qazanacaq.
Lakin Hernandes yekun qərarını verməyib. Bu transferin baş tutmağı üçün onun razılığı gözlənilir.
27 yaşlı sol cinah müdafiəçisi 2019-cu ildən "Milan"da çıxış edir. O, cari mövsüm 49 oyunda 5 qol vurub və 6 məhsuldar ötürmə edib.