"Yuventus" baş məşqçi postuna Stefano Piolini gətirmək istəyir.

Offsideplus.az xəbər verir ki, "qoca sinyora" Can Pyero Qasperininin "Roma"ya gedişindən sonra diqqətini 59 yaşlı mütəxəssisə yönəldib.

Pioli hazırda "Əl-Nəsr"i çalışdırır. O, yenidən İtaliyaya qayıtmaq fikrinə müsbət yanaşır.

İtaliyalı mütəxəssis 5 il "Milan"ı çalışdırdıqdan sonra ötən ilin yayında ayrılmışdı. O, "rossoneri" ilə 2022-ci ildə İtaliya çempionu olub.