"Milan" baş məşqçi postuna Massimiliano Alleqrini gətirib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssislə 2+1 illik müqavilə imzalanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Alleqri daha öncə 2010-14-cü illər arasında da "Milan"da çalışıb. O, "qırmızı-qaralar" ilə 2011-ci ildə  A Seriyasını qazanıb.

57 yaşlı mütəxəssis son olaraq "Yuventus"u çalışdırıb. O, 2024-cü ilin mayından bəri işsiz idi.