İtaliyanın köklü klublarından olan "Udineze" Amerika şirkətinə satılacaq.

Offsideplus.az xəbər verir ki, klubu 39 ildir Pozzo ailəsi idarə edirdi. Onlar nəhayət klubu satmağa razılaşıblar.

Bu alışın dəyəri 150 milyon avro olacaq.

"Udineze" 1896-cı ildə yaradılıb. Onlar ardıcıl 30 mövsümdür A Seriyasında mübarizə aparır.