"Milan"da növbəti mövsümdən etibarən yeni idman direktoru çalışacaq.
Offsideplus.az xəbər verir ki, "rossoneri" İqli Tare ilə razılığa gəlməyə yaxındır. Tərəflər arasında son danışıqlar gedir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Tare daha öncə 14 il eyni vəzifəni "Latsio"da icra edib. O, futbolçu kimi də uzun müddət İtaliya klublarının formalarını geyinib.