Roma-nın baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun Rusiya SSKA-sı ilə oyunundan sonra istefaya göndərilə bilər.
Offsideplus.az xəbər verir ki, klubun prezidenti Ceyms Pallotta dünən SPAL-a ev məğlubiyyətindən sonra təcrübəli mütəxəssisi qovmaq istəsə də, köməkçisi Franko Baldininin məsləhəti ilə fikrini dəyişib. Di Françeskonun taleyi Moskva klubu ilə ev oyunun nəticəsindən asılıdır. Sözügedən matçda istənilən uğursuzluq baş məşqçinin qovulması ilə nəticələnə bilər.
Qeyd edək ki, dünən doğma meydanda SPAL-a 0:2 hesabı ilə uduzan Roma 9 turdan sonra 14 xalla 6-cı pillədə qərarlaşıb.