İtaliya A seriyasının IX turunda “Milan”la oyun “İnter”in kapitanı Mauro İkardi üçün əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, argentinalı forvard 90+2-ci dəqiqədə vurduğu qolla “neradzurra”ya 3 xal qazandırıb - 1:0.

Ulduz futbolçu bununla ardıcıl 5 Milan derbisində toru silkələyən ikinci futbolçu kimi tarixə düşüb. Ona qədər bunu yalnız 1964-1966-cı illərdə “Milan”ın heyətində Amarildo bacarıb.

Qeyd edək ki, aktivində 19 xalı olan “İnter” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.