"Yuventus"un idman direktoru Kristiano Cuntoli Tiaqo Mottanı gətirdiyinə peşman olub.

Offsideplus.az xəbər verir ki, italiyalı funksioner Mottaya "səni bu işə seçdiyim üçün utanıram" deyib. Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Əlavə edək ki, "qoca sinyora" ötən gün 42 yaşlı mütəxəssislə yollarını ayırıb. Onun yerinə İqor Tüdor gətirilib.