Mario İkardi yeni kluba keçməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Offsideplus.az xəbər verir ki, Maurio İnter-də qalacağını deyib. "Barəmdə deyilənlər məni təəccübləniırir. Heç bir kluba getmək niyyətim yoxdur. İnter-dən ayrılmaq barədə düşünmürəm. Bura mənim evimdir. Komandamla birlikdə uğur qazanmaq istəyirəm. Yalnız bu barədə düşünürəm. Çox istərdim ki, transfer söhbətinə son qoyulsun . Çünki belə bir şey olmayacaq. Çempionlar liqasında Barcelona ilə çətin oyunumuz var. Kataloniya klubunu məğlub edə bilərik . Gücümüz yetər”, - İkardi bildirib.