UEFA Çempionlar Liqasının 1/8 fina mərhələsində "Feyenoord"a qarşı cavab görüşü "İnter"in baş məşqçisi Simone İnzagi üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, 48 yaşlı mütəxəssis Milan təmsilçinin "sükanı arxasında" 200-cü matçını keçirib.
1929-cu ildən indiyədək "İnter"də cəmi 5 məşqçi 200 oyunluq səddi aşa bilib. S.İnzagidən savayı, Elenio Errero (368), Roberto Mançini (303), Covanni Trapattoni (233) və Eucenio Bersellinni (207) oyun sayına görə klubun tarixinə düşüb.
Xatırladaq ki, S.İnzagi 2021-ci ildən "İnter"i çalışdırır.