"İnter"in heyətində ciddi itki baş verib.

Offsideplus.az xəbər verir ki, qapıçı Yann Sommer zədə alıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qolkiperin sağ əl baş barmağının sındığı bildirilib.

2024/25 mövsümündə 35 oyuna çıxan Sommer 28 qol buraxıb. Təcrübəli "əlcək sahibi" 19 matçda qapısını toxunulmaz saxlayıb.