İtaliya nəhəngi "Əl-Nəsr"in ulduzu ilə yaxından maraqlanır.
Offsideplus.az xəbər verir ki, "İnter" Sadio Maneni heyətinə cəlb etmək istəyir. Bu barədə "TodoFichajes" məlumat yayıb.
Hücumçu axtarışında olan Milan təmsilçisinin əsas namizəd kimi Maneni diqqət mərkəzində saxladığı qeyd olunub.
Seneqallı oyunçu 2024/25 mövsümündə "Əl-Nəsr" forması ilə meydana çıxdığı 22 matçda 5 qol və 5 məhsuldar ötürməyə imza atıb.