"Roma"da yeni baş məşqçinin adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, İtaliya nəhəngi Klaudio Ranieri ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ranieri ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, mütəxəssis daha öncə 2009-2011-ci illərdə də "Roma"nı çalışdırıb.