Genoa klubunda baş məşqçi dəyişikliyi olub. 

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, komanda Davide Ballardini ilə yollarını ayırıb. Bu postda onun yerinə xorvatiyalı İvan Yuriç təyin olunub. Onunla razılaşmanın detalları hələ ki, bəlli deyil. 

Qeyd edək ki, Genoa İtaliya A Seriyasında 12 xalla 12-ci pillədədir. İvan Yuriç artıq üçüncüI dəfə bu komandaya baş məşqçi təyin olunur.