"Milan"ın yarımmüdafiəçisi Cakomo Bonaventura komandanın baş məşqçisi Cennaro Qattuzonu dəstəkləyib.
Offisdeplus.az xəbər verir ki, 28 yaşlı futbolçu rəhbərliyin ona etimad göstərməsini məqsədəuyğun hesab edib
"Məşqçi dəyişikliyi oyunçulara problemlər yaradır. Qattuzo hər şeydən xəbərdardır və "Milan"da bir neçə super ulduzla işləməyə layiqdir. Klubda çalışmaq böyük intensivlik, az fasilə tələb edir. Eyni zamanda hazırlıq səviyyəsi də yüksəlir. Məşqçimiz xarakterə, istəyə malikdir. O, bizdə həvəs oyatmağa, birlik yaratmağa nail oldu. Qattuzo az oynayanlara əla motivasiya verir. İndi vəziyyət hər kəsə aydındır. Tez-tez şəraitin, məşqçinin dəyişməsi xeyir gətirmir. Bu gün komandanən müəyyən oyun sxemi var və irəli hərəkət edirik".
Qattuzonun "Milan"da debüt oyunları uğurlu alınmasa da, "rossoneri" A Seriyasının son 3 turunda 7 xal qazanıb.