"Roma"nın futbolçusu Paulo Dibala karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, məlumatı "Skorer" yayıb.

Mənbəyə görə, "Fənərbağça" argentinalı hücumçu ilə maraqlanır.

Sözügedən oyunçunun "Roma"dan ayrılma ehtimalının yüksək olduğu bildirilir. İstanbul təmsilçisi yanvarda danışıqlara başlayacaq.