Mario Balotelli karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu "Cenoa" klubu ilə anlaşıb. Balotelli sabah İtaliya klubunda tibbi müayinədən keçəcək. 

Müqavilənin müddəti 2025-ci ilə qədər nəzərdə tutulub. 

Qeyd edək ki, "Cenoa" hazırda turnir cədvəlində 18-ci yerdə qərarlaşıb.