İtaliya A Seriyasında 7-ci turunda "Milan" "Fiorentina"ya məğlub olub - 1:2.

Offsideplus.az xəbər verir ki, oyundan sonra "qırmızı-qaralar"ın çalışdırıcısı Paulo Fonseka qarşılaşma haqda bunları söyləyib:

“Nə çatmırdı? Bir neçə şey çatışmırdı. İlk hissədə müdafiədə aqressivlik yox idi, lakin təkbətəklərdə qalib gəldik. Hücum təşkilində sərt deyildik. Sonra da əldən verdiyimiz penaltilər oldu... Amma “Fiorentina”dan daha çox qol vurmaq üçün hər cür şərait yaratdıq. A Seriyasında oyunlarda qalib gəlmək çətindir. Amma iki penalti qaçırsan və ikincisi kimi qol buraxsan... Obyektiv olmalısan.”