Nike şirkəti və EA Sports Ronaldonu müdafiə edən rəsmi bəyanat yayıb.
Offsideplus.az xəbər verir ki, bəyanatda tanınmış futbolçunun istintaqa cəlb olunmasından narahatlıq ifadə olunub: “ Biz çox narahatıq. Ronaldoya qarşı irəli sürülən ittihamın həqiqəti əks etdirmədiyinə inanırıq. Baş verənləri diqqətdə saxlayırıq. Əminik ki, əməkdaşlıq etdiyimiz idmançılar ləyaqətli insanlardır”.
Ronaldo Nike şirkəti ilə 2003-cü ildən əməkdaşlıq edir. Tərəflər arasında 2016-cı ildə 1 milyard dollar dəyərində ömürlük müqavilə bağlanıb.
Xatırladaq k, Juventus-un hücumçusu təcavüzdə ittiham edilir.