Qapıçı David De Xea karyerasını İtaliyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı qolkiper "Fiorentina" ilə maraqlanır. İspaniyalı danışıqları yekunlaşdırmaq üçün İtaliyaya yollanıb.
Qeyd edək ki, De Xea 2022/23 mövsümünün sonunda "qırmızı şeytanlar"la müqaviləsi başa çatdıqdan bəri azad agentdir.