İtaliya millisinin keçmiş hücumçusu Cüzeppe Rossi dopinqə görə diskvalifikasiya edilməyəcək.

Offsideplus.az xəbər verir ki, futbolçunun 1 il müddətinə yaşıl meydandan uzaqlaşdırılacagı gözlənilirdi. İtaliya antidopinq agentliyi hücumçuya töhmət elan etməklə kifayətlənib.

Xatırladaq ki, 31 yaşlı Rossi may ayının 12-də analiz verib. Onun qanında qadağan olunmuş dorzolamid maddəsi tapılıb. Həmin maddəyə göz dərmanında rast gəlinir. Futbolçu bu dərmandan heç vaxt istifadə etmədiyni deyib.