"Atletiko"nun hücumçusu Alvaro Morata karyerasını İtaliyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, o, yaxın günlərdə "Milan"la müqavilə imzalayacaq.

İtaliya klubu futbolçuya görə 13 milyon avro ödəyəcək. Morata ilə 4 illik anlaşma əldə edilib

İspan oyunçu geridə qalan mövsümdə 48 oyunda 21 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.