"Borussiya"nın sabiq futbolçusu Mats Hummels karyerasını İtaliyada davam etdirə bilər.
Offsideplus.az yerli KİV-ə istinadən xəbər verir ki, "Bolonya" onun xidmətində maraqlıdır.
Həmçinin 35 yaşlı oyunçunun adı "Milan" və "Roma" ilə də hallanır.
Alman müdafiəçinin son klubu "Borussiya" olub. Dortmund klubu onunla başa çatan müqaviləsi mövsümün sonunda yeniləməyib. Hummels 2019-cu ildən Bundesliqa təmsilçisinin formasını geyinib.