İtaliyanın "Palermo" klubunun yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, "Siti" qruplarına daxil olan İtaliya komandasını Alessio Dionisi çalışdıracaq. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Dionisi sonuncu dəfə "Sassuolo"nun sükanı arxasında olub.