"Napoli"nin ulduz futbolçusu Marek Hamşik komandadan ayrılır.

Offsideplus.az "Tuttosport"a istinadən xəbər verir ki, komandanın slovakiyalı kapitanı yanvar ayında "Napoli"dən gedəcək. Karlo Ançelottinin əsas heyətdə oynamağa lüzum bilmədiyi futbolçu mövsüm başlayandan bəri keçirilən 5 oyundan sadəcə 1-də 90 dəqiqə meydanda olub.

11 ildir "Napoli"nin şərəfini qoruyan 31 yaşlı hücumçu üçün Çin klublarından birinin dövrəyə girdiyi də bildirilir.