"Roma" klubunun əfsanəsi Françesko Totti şəxsi həyatı və futbol oynadığı illərlə bağlı açıqlamalar edib

Offsideplus.az xəbər verir ki, Totti sevgilisinə görə "Roma" klubunu tərk etmədiyini qeyd edib.

"Llyana üçün İtaliya klubunu tərk etmədim. Ondan uzaq qalmaq istəmədim. Uzaq olmaq münasibətləri tez ya gec bitirir. Bundan başqa mən söz vermişdim. "Roma" klubunu heç vaxt heç bir kluba dəyişmərəm. Mən sözümün ağasıyam."

Qeyd edək ki, Totti  karyerasını "Roma" klubunda bitirib və klubda səlahiyyətli şəxs kimi çalışır.