Bu mövsüm 22 komanda əvəzinə 19 klubun yarışdığı İtaliya B Seriyasında 3-cü turdan sonra çempionat təxirə salınıb.
Offsideplus.az xəbər verir ki, "Bari", "Çezena" və "Avellino" müflis olduğu üçün çempionatdan çəkiliblər. C Seriyasında "Syena", "Pro Verselli", "Novara", "Kataniya" və "Tarnana" klubları B seriyasına yüksəlmək üçün müraciət ediblər.
B Seriyasında oktyabrın 4-nə kimi fasilənin olacağı gözlənilir. C Seriyasından B Seriyasına yüksəlmək üçün müraciət edən klubların təkliflərini nəzərə alınacaq və 3 komanda götürüləcək