Lautaro Martines tezliklə "İnter"lə müqaviləsini uzada bilər.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı hücumçu 2028-ci ilin yayına qədər yeni müqavilə imzalayacaq. Müqaviləyə əsasən, futbolçunun maaşı 8 milyon avroya yüksələcək. Hazırda o, ildə 6 milyon avro qazanıb. Lautaro üçün "İnter" maaş limitini pozacaq.
Qeyd edək ki, Martines 2023/24 mövsümünün 15 matçında 14 qol vurub və 2 qolun ötürməsini verib.