"İnter" klubunun baş məşqçisi Simone İnzaqi İtaliya A seriyasında oktyabrın ən yaxşı məşqçisi seçilib.
Offsideplus.az xəbər verir ki, bu barədə turnirin saytı məlumat yayıb. Ötən ay “İnter” “Torino” (3:0) və “Roma” (1:0) üzərində qələbə qazanıb, “Bolonya” ilə də heç-heçə edib (2:2).
"İnter" ölkə çempioatında 10 turdan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir.
İnzaqi karyerasında ikinci dəfə ayın məşqçisi mükafatını qazanıb.