"Yuventus"un və İtaliya millisinin sabiq hücumçusu Alessandro Del Pyero İtaliya futbolunun bugünkü durumu ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o deyib: "İtaliyada futbol darıxdırıcı olub. Çünki səviyyə keçmişlə müqayisədə aşağı düşüb. Əvvəllər burada Avropanın ən güclü futbolçuları oynayırdısa, indi İngiltərə Premyer Liqasına, Almaniyaya, hətta Fransaya da gedirlər.
Təəssüf ki, bu gün biz dərhal nəticələr tələb edən və daha sürətlə inkişaf edən bir cəmiyyətdə yaşayırıq. Amma hamıya xatırlatmaq istəyirəm ki, üzüm ildə bir dəfə yetişir. Bizim futbolçulardan gözləntilərimiz çoxdur və onlar bunu hiss edirlər. Onlardan həmişə qalib gəlmələrini, uğur qazanmalarını və rəqabətədavamlı olmalarını xahiş edə bilərsən. Bununla belə, idmanda həyatdan həzz almaq lazımdır. Boşa vaxt sərf etmək düzgün deyil".