Məşhur müdafiəçi Jerom Boatenq "Bavariya"ya qayıtmağa yaxındır.
Offsideplus.az xəbər verir ki, tərəflər müqavilə bağlamağa hazırdırlar.
35 yaşlı futbolçu Münhen təmsilçisində tibbi müayinədən keçib. Boatenqin Bundesliqa çempionu ilə müqaviləsi bu mövsümün sonuna qədər davam edəcək. Müdafiəçi hazırda azad agentdir.
Qeyd edək ki, Boatenq 2011-2021-ci illərdə Almaniya klubunda çıxış edib.