İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

 Offsideplus.az "Corriere dello Sport"a istinadla xəbər verir ki, Turin təmsilçisi "Tottenhem"in mərkəz yarımmüdafiəçisi Pyer-Emil Höyberqi sıralarına qatmağa hazırlaşır.

Artıq futbolçunun agenti ilə danışıqlar aparılır.

"Yuventus" onu komandadan ayrılacağı gözlənilən Pol Poqbanın əvəzinə transfer etməyə düşünür.