İtaliyanın "Milan" klubunun futbolçusu Rade Kruniçin zədəsi ciddidir.
Offsideplus.az xəbər verir ki, A Seriyasının 5-ci turunun "Verona" ilə oyununda (1:0) sıradan çıxan yarımmüdafiəçi azı bir ay oynamayacaq.
Bosniyalı futbolçu Çempionlar Liqasında Dortmund "Borussiya"sı, İtaliya çempionatında isə "Kalyari" və "Latsio" ilə görüşləri buraxacaq.