"Milan" klubu yeni stadion tikmək planlarında rəsmi addımlar atıb.

Offsideplus.az xəbər verir ki, bu gün San Donato Milanese Şəhər Şurasına San Françesko ərazisi üçün Kompleks Müdaxilə Planına dəyişiklik tələbi üçün layihə təqdim edilib. 

Bu, 70 min yerlik stadionu, otelləri, əyləncə və ticarət obyektləri olan bütöv bir kompleks olacaq. İddialı layihənin ilk görüntüləri də yayılıb.

Qeyd edək ki, "Milan" hazırda ev oyunlarını "San-Siro"da keçirir.