"Yuventus" klubunun futbolçusu Pol Poqbanın təkrar dopinq testdən keçəcəyi tarix dəyişib.

Offsideplus.az xəbər verir ki, Fransa millisinin üzvü 5 oktyabrda analiz verəcək. Daha öncə testin 20 sentyabrda götürüləcəyi bildirilirdi.

Xatırladaq ki, "Yuventus" ilk testdən uğurla keçə bilməyən Fransa millisinin üzvü ilə müqaviləni pozmaq fikrindədir.