İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, Turin təmsilçisi, London "Arsenal"ının yarımmüdafiəçisi Tomas Parti üçün hərəkətə keçib.
"Qoca sinyora" 30 yaşlı futbolçunu bugünlərdə dopinq testi müsbət çıxan və komandadan uzaqlaşdırılacağı gözlənilən Pol Poqbaya əvəzləyici olaraq görür.