"Portu"nun futbolçusu Mehdi Taremi "Milan"a keçməyə yaxındır. 

Offsideplus.az xəbər verir ki, bu barədə məşhur insayder Nikolo Skira məlumat yayıb. İtaliya nəhəngi iranlı hücumçu üçün "Portu"ya 15 milyon avro təklif edib. 

"Milan" Taremi ilə 2026-cı ilədək müqavilə imzalamağı planlaşdırır.