"Roma"nın argentinalı yarımmüdafiəçisi Paulo Dibala Səudiyyə Ərəbistanı klublarından gələn təklifləri rədd edib.
Offsideplus.az "Calciomercato"ya istinadən xəbər verir ki, 29 yaşlı hücumçu bu barədə öz açıqlamasında bildirib. O, "Roma"da qalmaq istədiyi üçün belə addım atdığını deyib:
“Səudiyyə Ərəbistanından gələn təklifləri rədd etdim. Niyə? Çünki burada özümü yaxşı hiss edirəm. Mənə özünəməxsus şəkildə dəstək olurlar. Tətillərdə baş məşqçimiz Joze Mourinyo ilə əlaqə saxlayırdım və hər ikimiz komandaya daha çox şey vermək istəyirdik. Özümü çox rahat hiss edirəm".
Qeyd edək ki, Dibala ötən ilin yayından "Roma"da oynayır. Onun A seriyası təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.